Fransa Kubokunda bir matçda qalibi müəyyənləşdirmək üçün 44 penalti zərbəsi yerinə yetirilib.
"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, bu, turnirin 1/64 finalında "Stenvord" və "Betun" komandaları arasında keçirilən görüşdə reallaşıb. Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Qalibi müəyyənləşdirmək üçün ehtiyac duyulan penaltilər seriyasında isə komandalar ümumilikdə 44 zərbə vurublar. Zərbələrin cəmi 3-ü hədəfə düşməyib.
Nəticədə "Betun" komandası penaltilər seriyasında daha dəqiq olub - 21:20.
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var