Argentina millisinin və ABŞ-ın “İnter Mayami” klubunun kapitanı Lionel Messi yeni rekorda imza atıb.
“İki sahil” xarici mətbuata istinadla xəbər verir ki, 38 yaşlı futbolçu dünyanın ən çox məhsuldar ötürmə edən oyunçusu olub.
Təcrübəli hücumçu bunu MLS-in Şərq Konfransının pley-off mərhələsində “Nyu-York Siti” ilə final matçında (5:1) assist etməklə bacarıb. Peşəkar karyerasında məhsuldar ötürmələrin sayını 405-ə çatdıran ulduz futbolçu macarıstanlı Ferens Puşkaşı geridə qoyaraq, bu nominasiya üzrə bütün zamanların ən yaxşısı olub.
Qeyd edək ki, “İnter Mayami” MLS-də mövsümün həlledici oyununu Qərb Konfransının qalibi olan Kanadanın “Vankuver” klubuna qarşı keçirəcək. Çempionluq matçı dekabrın 6-da reallaşacaq.
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var