Türkiyənin “Beşiktaş” klubunun müdafiəçisi Rıdvan Yılmaz sıradan çıxıb.
“İki sahil” xəbər verir ki, Super Liqada "Fatih Karagümrük"lə oyundan öncə 24 yaşlı futbolçunun sol budunun yuxarı əzələsində gərilmə və ödəm aşkarlanıb. Noyabrın 28-də keçirilən məşq zamanı ağrı hiss edən oyunçunun MRT müayinəsindən sonra diaqnozu dəqiqləşib və müalicəsinə başlanılıb. Beləliklə, Rıdvan Yılmazın zədə səbəbindən qarşıdakı matçı buraxacağı gözlənilir.
Qeyd edək ki, "Fatih Karagümrük" - “Beşiktaş” qarşılaşması 30 noyabrda baş tutacaq.
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var