"Formula 1" üzrə dünya çempionatının keçmiş iştirakçısı almaniyalı Adrian Sutil dələduzluq və külli miqdarda pul mənimsəməkdə şübhəli bilinərək həbs edilib.
“İki sahil” "Bild"ə istinadən xəbər verir ki, Fransa, İsveçrə və Almaniyada aparılan istintaqda Sutil də daxil olmaqla bir neçə nəfər polis tərəfindən saxlanılıb.
Adrian Sutilin nə qədər pul mənimsədiyi barədə məlumat yoxdur.
Qeyd edək ki, Sutilin 42 yaşı var. O, 2006-2011 və 2013-2014-cü illərdə "Formula 1-də" yarışıb, müxtəlif mövsümlərdə "Spayker", "Fors İndia" və "Zauber" komandalarında çıxış edib. Onun ən yaxşı nəticəsi 2009-cu ildə İtaliya Qran Prisində dördüncü yer olub.
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var