Bakıda səfərdə olan Türkiyənin məşhur futbol şərhçisi Ertem Şener yenidən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşüb.
“İki sahil” xəbər verir ki, jurnalist bununla bağlı özünün sosial şəbəkə hesabında video paylaşıb. O, təcrübəli mütəxəssisə Türkiyə millisinin imzalı formasını və topunu hədiyyə edib.
Q. Qurbanov isə öz növbəsində “ay-ulduzlular”a DÇ-2026-nın pley-off oyunlarında, qardaş ölkənin klublarına isə avrokuboklarda uğurlar arzulayıb.
Xatırladaq ki, Ertem Şener ilə Qurban Qurbanov arasında ilk görüş bu ayın əvvəlində UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda Bakıda keçirilmiş “Qarabağ” - “Çelsi” oyunundan əvvəl olub.
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var