İngiltərənin "Mançester Siti" klubu "Elçe"nin (İspaniya) yarımmüdafiəçisi Rodriqo Mendosanı transfer etmək niyyətindədir.
“İki sahil” "Daily Mail"a istinadən məlumatına görə, Premyer Liqa təmsilçisi İspaniyanın U-20 millisinin 20 yaşlı oyunçusunu yaxından izləyir. "Arsenal" (İngiltərə) və "Real"ın (İspaniya) da maraqlandığı Mendosa 20 yaşadək futbolçular arasında dünya çempionatında yığmanın keçirdiyi beş matçın hamısında start heyətində meydana çıxıb və bir məhsuldar ötürmə edib.
Qeyd edək ki, R.Mendosa 2025/2026 mövsümündə "Elçe"nin heyətində keçirdiyi 10 matçda 2 qol vurub. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
"Transfermarkt" oyunçunun dəyərini 9 milyon avro qiymətləndirir.
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var