"Real Madrid"in hücumçusu Kilian Mbappe Çempionlar Liqasının rekordçusuna çevrilib. O, turnir tarixində səfər matçlarında ən çox het-trik edən futbolçu olub.
“İki sahil” xəbər verir ki, fransalı forvard bu nailiyyəti Çempionlar Liqasının 5-ci turunda "Olimpiakos"la qarşılaşmada əldə edib. Madrid təmsilçisi rəqibini 4:3 hesabı ilə məğlub etdiyi oyunda Mbappe dörd dəfə fərqlənib.
Bu qarşılaşmadan sonra hücumçunun cari mövsümdə vurduğu qolların sayı doqquza yüksəlib. Bununla da Mbappe şəxsi rekordunu yeniləyib. O, əvvəlki ən yaxşı nəticəsini - səkkiz qolu - 2020/21 mövsümündə və PSJ-də çıxış etdiyi 2023/24 mövsümündə qeydə almışdı.
"Real Madrid" hazırda turnir cədvəlində 12 xalla beşinci pillədə qərarlaşıb. Komanda növbəti turda "Mançester Siti" ilə üz-üzə gələcək.
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var