Çin alimləri yarı şəffaf şüşə kürələri vasitəsilə Ayın səthində bir sıra qəribə obyektlər aşkarlayıb. Onu da məlumat üçün bildirək ki, sözügedən şüşə kürələri Çinin “Yutu-2” adlı Ay aparatına aid olmaqla onların diametri 186 kilometrdir.
Yeni tapıntıya gəldikdə isə, yəni Ay aparatın şüşə materiala rastlaşması heç də qeyri-adi hadisə deyil. Ona görə ki, Ayın səthi şüşə materialı ilə zəngin olması çoxdan məlumdur. Amma tapılan bu şüşə kürələrin diqqət çəkməyi onların ölçüləri və yarı şəffaflığıdır. Belə ki, Ay səthindəki şüşə kürələri adətən 1mm ölçüdə olduğu halda, aşkarlanan kürələr isə 1,5-2,5 sm-dir.
Alimləri heyrətə salan tapıntı
Bu NASA alimlərin Marsda kəşf etdiyi tapıntıdır. Buna görə planetdə 45 km ərazidə olan qayalar və digər relyefdə araşdırmalar aparılıb. Nəticədə 12 tapıntı üzə çıxıb, bunlardan biri də məhz üzvi maddədir. Axtarış aparan alimlərin dediyinə görə, həmin üzvi maddələr Marsda lap qədim zamanlarda sivilizasiyanın olduğunu bildirir. Maddələr müayinə ediləndə onların tərkibində sulfat mineralları ilə əlaqəli olan üzvi molekullar sinfi də aşkar edilib.
Məlum həqiqətdir ki, üzvi molekullar üzvi maddələr yaradır, bu da canlı orqanizmlərdə gedən proseslərlə əlaqədardır.
Dünyanın ən bahalı restoranı
Məlum olub ki, dünyanın ən bahalı restoranı Yaponiyanın paytaxtı Tokiodadır. Şəhərin Şin başı məhəlləsində yerləşən, “Araqava” adlanan restoranda bir adamın axşam yeməyi 400 dollara başa gəlir. Bu məşhur restoran ən çox bibər və xardaldan hazırlanan bifşteksi ilə öz müştərilərinə gəl-gəl deyir...
Hər üç əsrin möcüzəsi
Göy cismi hesab olunan 110 metr diametrə malik qaya yerə 4 yüz min kilometr yaxınlaşıb. Bu da təxminən yerlə ay arasında olan məsafə qədərdir. Obyektin hərəkət sürəti saatda 30.456 kilometrdir. Onun bu dəfə yerə yaxınlaşması bir neçə böyük şəhərdə bilinəcək. Qaldı ki, heç bir təhlükəsi yoxdur, çünki yerdən kifayət qədər uzaqdan keçəcək.
Onu da bildirək ki, alimlərin möcüzə saydığı bu hadisə hər 3 əsrdən bir baş verir.
Dünyanın ən qədim balığı
Alyaskada balıqçıların toruna dünyanın ən qədim balığı düşüb. Belə ki, Sietldən olan həvəskar balıqçı Henri Libman nadir ovunu təqribən 184 metr dərinlikdən ovlayıb. Tutduğu balığı ölçülərinə görə nəhəng olmasa da, yaşı qədim bir tarixə malikdir.
Payız fəslində duzlu yeməklərin ziyanı
Sağlam həyat naminə əsasən payız fəslində duzlu və quru yeməklərdən tam imtina etmək lazımdır. Çünki belə yeməklər insanda müxtəlif xəstəliyin yaranmasına şərait yaradır. Duzlu pendir, balıq, ümumiyyətlə bütün duzlu qidaların istifadəsi insana ziyan gətirir. Ən çox mədədə ağırlıq yaratmaqla cinsi həvəsi azaldır. Həmçinin duzdan çox meylik insan orqanizminin qocalmasını da sürətləndirir.
Tənhalığa gedən yol
Mütəxəssislərin apardığı araşdırmalar nəticəsindən məlum olub ki, sosial mediadan müntəzəm istifadə insanı tənhalığa gətirib çıxardır. Bu hal özü də daha çox yeniyetmələr və gənclərdə müşahidə olunur. Yaxınlarla ünsiyyətdə olmaqla bunun qarşısını almaq olar.
Görməni bərpa edən eynək
Yaponiyanın “Kubota Pharmaceutical” şirkəti cərrahi müdaxiləsiz görmə qabiliyyətini korreksiya etməyə imkan verən eynək yaradıb. İstehsalçı şirkətdən deyilənlərə görə, bunun üçün innovativ eynəyinin gündə 30 dəqiqə taxması tələb olunur. Nəticədə eynək linzalarının görüntüsü xüsusi üsulla gözün torlu qişasına proyeksiya etməklə gözlər tədricən özləri refraksiyanın səhvini aradan qaldırır.
Doğrudur, hələ eynək istifadə olunmur. Qaldı ki, “ağıllı eynək” effektli olacağı halda görmə qabiliyyətinin korreksiyası günümüzdəkindən daha asan prosedura çevrilər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü