İordaniya Əmmanda Azərbaycanla birgə biznes-forum keçirməyi təklif edir.
“İki sahil” xəbər verir ki, bu barədə İordaniyanın sənaye, ticarət və təchizat naziri Yarub Əl-Quda Azərbaycan-İordaniya Hökumətlərarası Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq Komissiyasının dördüncü iclasında bildirib.
O vurğulayıb ki, ideyalardan biri ölkələrimizin biznes icmaları arasında əlaqələri daha da gücləndirmək məqsədilə Əmmanda keçiriləcək birgə komissiyanın növbəti iclası ilə paralel olaraq biznes forumunun keçirilməsi ola bilər.