UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda səfərdə "Napoli"yə (İtaliya) qarşı matçda zədələnən "Qarabağ"ın futbolçusu Kevin Medinanın sağlıq durumuna aydınlıq gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə "Report"a Ağdam təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.
O, bu gün aparılan müayinələrdən sonra kolumbiyalı müdafiəçinin vəziyyətinin normal olduğunu söyləyib.
"Komandamız sabah istirahət edəcək. Medinanın birigündən komanda ilə məşqlərə qoşulması gözlənilir", - deyə A.Hacıyev bildirib.
Qeyd edək ki, ötən gün baş tutan matçda "Napoli"nin üzvü Skott Maktomineyin 51-ci dəqiqədə qapı çərçivəsinə vurduğu top Medinanın üzünə dəyib və nəticədə Kevin huşsuz vəziyyətdə yerə yıxılıb.
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var