2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarının məşəli alovlandırılıb.
“İki sahil” xəbər verir ki, tədbir Yunanıstandakı Qədim Olimpiya Arxeologiya Muzeyində baş tutub.
Olimpiya məşəlinin alovlandırılması mərasimində Yunanıstan Prezidenti Konstantinos Tasulas, Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Kirsti Koventri və digər rəsmi şəxslər də iştirak ediblər.
Pis hava şəraiti səbəbindən tədbir Qədim Olimpiya stadionundan Arxeologiya Muzeyinə köçürülmüşdü.
Qeyd edək ki, Qış Olimpiya Oyunları fevralın 6-dan 22-dək təşkil olunacaq.
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var