Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən 38 yaşlı Elvin İsmayılov saxlanılıb.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, o, ayrı-ayrı vaxtlarda 5 vətəndaşı işə düzəltmək vədi ilə aldadaraq 50 min manat pul vəsaitini ələ keçirib.
Faktla bağlı Naxçıvan ŞPİ-də cinayət işi başlanılıb, hazırda cinayət işi üzrə araşdırma davam etdirilir.
E.İsmayılovun analoji əməllərindən zərər çəkmiş başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.
Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlıq edən şəxs Hindistan kəşfiyyatının hədəfində: BMT qanlı sui-qəsd planını ifşa etdi
Sosial şəbəkələrdə yaş məhdudiyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib
Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının siyahısı hazırlanacaq