UEFA Çempionlar Liqasının 5-ci turunda keçiriləcək “Napoli” – “Qarabağ” matçından öncə Neapol şəhərində hava şəraiti pisləşib.
“İki sahil” xəbər verir ki, bununla bağlı şəhərdə narıncı xəbərdarlıq elan edilib.
İtaliyanın bəzi media orqanları “Napoli” – “Qarabağ” matçının təxirə salına biləcəyi ehtimalını da irəli sürüb.
Lakin İtaliya klubunun rəsmi saytı məlumatı təkzib edib və “Dieqo Armando Maradona” stadionunun matça hazır olduğunu bildirib.
“Qarabağ”ın Mətbuat xidmətinin rəhbəri Anar Hacıyev “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, hazırda matçın təxirə salınması gündəmdə deyil.
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var