"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək.
“İki sahil” xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv İtaliyada "Napoli"nin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
V turun oyunu Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Matçı Çexiyadan olan hakim Dominik Starı idarə edəcək.
Qeyd edək ki, əvvəlki 4 qarşılaşmada uduzan "Qarabağ"ın U-19 komandası Liqa mərhələsində sonuncu - 36-cı pillədə qərarlaşıb. Meydan sahibləri 3 xalla 25-cidir.
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var