24 noyabr 2025 19:03
65

Ermənistan Bişkekdə KTMT sammitində iştirak etməyəcək

Noyabrın 27-də Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti keçiriləcək, lakin Ermənistan tədbirdə iştirak etməyəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında deyib.

"KTMT sammiti noyabrın 27-də Bişkekdə keçiriləcək. Ermənistan sammitdə iştirak etməsə də, orada razılaşdırılmış sənədlərin qəbul olunmasına qarşı deyil", - o bildirib.