Qış transfer pəncərəsi yaxınlaşdıqca heyətini gücləndirməyi planlaşdıran "Trabzonspor" müdafiə xəttinə yeni oyunçu axtarışını davam etdirir.
“İki sahil” xəbər verir ki, "Milliyet" qəzetinin məlumatına görə, klubun əsas hədəflərindən biri "Renn"in gənc stoperi Abdulhəmid Ait Budlaldır.
20 yaşlı müdafiəçinin Fransada göstərdiyi performans diqqət çəkib və "Trabzonspor" rəhbərliyi futbolçunu qışda icarə və ya birdəfəlik transfer yolu ilə heyətinə qatmaq istəyir. Ait Budlal gələcəyinə böyük ümidlər bəslənilən, sürəti və müdafiə oxunu düzgün bağlama bacarığı ilə tanınan oyunçu kimi xarakterizə olunur.
Mənbənin iddiasına görə, futbolçunun transfer dəyəri təxminən 1,5 milyon avro civarındadır ki, bu da "Trabzonspor" üçün əlçatan variant hesab olunur. Rəhbərliyin yaxın günlərdə "Renn" klubu ilə ilkin təmas quracağı bildirilib.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var