"Napoli"nin yarımmüdafiəçisi Skot Maktominey qış transfer pəncərəsinin ən çox danışılan adlarından biri ola bilər.
“İki sahil” xəbər verir ki, futbolçuya İngiltərənin dörd aparıcı klubu – "Arsenal", "Everton", "Mançester Yunayted" və "Tottenhem" ciddi maraq göstərir.
"TEAMtalk" nəşrinin məlumatına görə, bu komandalar Maktomineyin durumunu yaxından izləyir və qışda onun transferi üçün rəsmi addım atmağa hazırlaşırlar. "Arsenal" və "Tottenhem" orta xətti gücləndirmək üçün daha aqressiv, dayanıqlı və Premyer Liqa təcrübəsi geniş olan futbolçu axtarışındadır. "Everton" isə heyətdə böyük dəyişikliklərin gözlənildiyi bir vaxtda Maktomineyi ideal hədəf sayır. "Mançester Yunayted"də futbolçunu geri qaytarmaq ehtimalını nəzərdən keçirir.
Qeyd edək ki, 28 yaşlı futbolçu bu mövsüm 15 matçda 4 qol 2 asistlə fərqlənib.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var