SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Zaqatala Regional Qaz İstismarı İdərəsinin bir qrup əməkdaşı ilə görüşüb.
"Azəriqaz"dan “İki sahil”ə verilən məlumata görə, Birlik rəhbəri hər bir əməkdaşın iş şəraiti ilə yaxından maraqlanıb.
Baş direktora görüşə gələn əməkdaşların ay ərzində əldə etdikləri nailiyyətlər və görülən işlər haqqında ətraflı məlumat verilib.
Daha sonra 14 nəfər Birlik əməkdaşı faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.
SOCAR-ın prezidenti “ITOCHU” Korporasiyasının baş əməliyyat direktoru ilə görüşüb - FOTO
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb