“Shirvan Open 2025" beynəlxalq şahmat festivalına start verilib. Azərbaycan Şahmat Federasiyası , Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Şirvan şəhər Olimpiya İdman Kompleksinin təşkilatçılığı, "SOCAR"ın sponsorluğu, "Sirabın"ın tərəfdaşlığı ilə keçirilən festivalda 8 ölkədən 240-dan çox şahmatçı iştirak edir.
“İki sahil” xəbər verir ki, yarışın açılış mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov çıxış edərək şahmatçılara uğurlar arzulayıb.
Festivalda şahmatçılar A və B qruplarında mübarizə aparır. Hər iki qrupda yarışlar İsveçirə sistemi üzrə 9 turdan ibarət olmaqla təşkil olunur. Festivalın ümumi mükafat fondu 22650 AZN təşkil edir. A qrupunun qalibi 5100 AZN , B qrupunda isə ilk yeri tutacaq şahmatçı 1000 AZN qazanacaq.
Festival çərçivəsində həmçinin rapid və blits keçirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, festival Azərbaycan Şahmat Federasiyasının "Chess Tour Azerbaijan" layihəsi çərçivəsində keçirilir. Bu, layihənin sayca 8-ci və bu il üçün sonuncu festivalıdır. Festivala 26 noyabrda yekun vurulacaq.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var