21 noyabr 2025 17:48
101

Lənkəranda ANİMAFİLM festivalı keçirilib

Heydər Əliyev Fondunun və Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə noyabrın 21-də Lənkəran şəhər Mədəniyyət Mərkəzində “ANİMAFİLM Lənkəranda” festivalı keçirilib.

“İki sahil” xəbər verir ki,  “ANİMAFİLM festivalı regionlarda” layihəsi çərçivəsində təşkil olunan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər.

Festivalda uşaqlara 8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında nümayiş olunmuş “Tarix”, “Həmişəyaşıl”, “Narqız”, “Pulun dili”, “Soyuz Qraviton” animasiya filmləri ilə yanaşı, yeni “Yer və Ay”, “Bum-bum” filmləri də təqdim edilib.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən tədbir uşaqlara, onların təhsili və inkişafına xüsusi diqqətlə yanaşı, həm də Azərbaycan animasiya sənətinin azyaşlılar arasında təbliği baxımından böyük əhəmiyyət daşıyır.