"Diario Sport" nəşri argentinalı ulduz Lionel Messini "Barselona" klub tarixinin ən yaxşı oyunçusu elan edib.
“İki sahil” xəbər verir ki, xüsusi mükafat təqdim edilərkən Messiyə azarkeşlərin hazırladığı təşəkkür videosu göstərilib. Futbolçu həmin an duyğulanaraq göz yaşlarını gizlətməkdə çətinlik çəkib.
Mükafatla bağlı çıxış edən Messi bildirib: "Klubdan ayrılmaq istəmirdim, karyeramı məhz "Barselona"da başa vurmağı arzulayırdım. Təəssüf ki, hər şey fərqli alındı. Buna baxmayaraq, bu dəyərli mükafata görə minnətdaram. Əminəm ki, bir gün ailəmlə birlikdə yenidən Barselonaya qayıdacağam. Ora mənim evimdir".
Mükafat futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib
Cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub