Azərbaycanın müasir siyasi həyatında xüsusi yer tutan Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi inkişafında müstəsna rol oynayan siyasi təşkilatdır.
1992-ci ildə xalqın tələbi iə yaradılmış bu partiya müstəqil Azərbaycanın formalaşması, siyasi sabitliyin bərqərar olması və dövlət quruculuğunun möhkəmləndirilməsi proseslərində mühüm missiya yerinə yerinə yetirib. YAP-ın fəaliyyəti yalnız siyasi mübarizə ilə məhdudlaşmayıb, həm də milli ideyaların, dövlətçilik ənənələrinin və ictimai həmrəyliyin təşəkkülünə ciddi təsir göstərib.
1990-cı illərin əvvəlləri Azərbaycan üçün son dərəcə çətin və mürəkkəb dövr idi. Ölkə yeni müstəqilliyini elan etmişdi, lakin daxili siyasi qarşıdurmalar, idarəetmədə qeyri-sabitlik, iqtisadi böhran və Ermənistanın Azərbaycana qarşı təcavüzü vəziyyəti son dərəcə gərginləşdirirdi. Belə bir zamanda xalqın xilası üçün güclü, müdrik və təcrübəli liderə ehtiyacı vardı.
1992-ci ilin oktyabrında bir qrup ziyalı Naxçıvana gedərək ümummilli lider Heydər Əliyevə müraciət etdi və onu yeni yaradılacaq təşkilata rəhbərlik etməyə çağırdı. 21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Heydər Əliyev partiyanın sədri seçildi. Bu tarix YAP-ın Azərbaycan siyasətində yeni mərhələnin başlanğıcı oldu.
YAP-ın əsas məqsədləri Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqilliyin qorunması, vətəndaş cəmiyyətinin inkişafı, demokratik dəyərlərin təbliği və sosial-iqtisadi tərəqqinin təmin edilməsidir. Heydər Əliyevin yaratdığı azərbaycançılıq ideyası YAP-ın idealoji təməlidir. Bu məfkurə ölkədə milli birliyi,dövlətə bağlılığı və Azərbaycan dövlətçiliyinin qorunmasını əsas tutur. Partiya güclü dövlət quruculuğunu, qanunun aliliyini və idarəetmədə şəffaflığı dəstəkləyir. YAP sosial siyasətdə əhalinin rifah səviyyəsinin yüksəldilməsini, sosial müdafiə sisteminin gücləndirilməsini vacib hesab edir. Partiya iqtisadiyyatın liberallaşdırılması, texnoloji inkişaf və innovasiyaların tətbiqini strateji prioritet kimi qəbul edir.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi hakimiyyətə qayıdışından sonra Azərbaycan siyasətində sabitlik yarandı və YAP bu prosesin aparıcı qüvvələrindən birinə çevrildi. Ölkədə iqtisadiyyat bərpa olundu, neft strategiyası həyata keçirildi və Azərbaycan regionun inkişaf edən dövlətlərindən birinə çevrildi. Azərbaycan beynəlxalq aləmdə güclü tərəfdaş kimi tanındı, ölkənin nüfuzu artdı.
Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın formalaşması və inkişafında böyük rol oynamış siyasi qüvvədir. Onun yaranması milli zərurətdən irəli gəlmiş, fəaliyyəti isə ölkədə sabitlik, inkişaf və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi ilə nəticələnmişdir. YAP bu gün də ölkənin siyasi həyatında aparıcı mövqeyini qorumaqda, Azərbaycan dövlətinin gələcək inkişafına xidmət edən layihələr həyata keçirməkdə davam edir. Bu mənada YAP Azərbaycanın müasir tarixində mühüm yer tutan və gələcəyə yönəlik strateji xətt formaləşdıran partiyadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev YAP-ın VII qurultayında çıxışı zamanı demişdir : “YAP son 30 ildə Cənubi Qafqazda qurulan ən böyük və nüfuzlu siyasi partiyadır. Hazırda YAP-ın 730.354 üzvü var. “Partiyamızın VII qurultayı ölkəmizin ictimai- siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.”
Lalə Babayeva,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü
Yeni Azərbaycan Partiyası: Siyasi sabitlik, demokratik islahatlar və strateji layihələr
Yeni Azərbaycan Partiyası bundan sonra da qələbələr partiyası statusunu qoruyacaq