DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanan Haiti millisi mundialda dəstəksiz qala bilər.
“İki sahil” "Daily Mail"ə istinadən xəbər verir ki, buna səbəb ABŞ prezidenti Donald Trampın iyunda qəbul etdiyi qərarlardır.
Təhlükəsizliyin və milli maraqların qorunması məqsədilə ABŞ-a girişi qadağan edilmiş 12 ölkə vətəndaşlarının siyahısında Haitinin də adı yer alıb. Haitinin bütün oyunları ABŞ ərazisində keçirilərsə, azarkeşlər komandanı dəstəkləyə bilməyəcəklər.
Ancaq bu qadağa futbolçulara şamil olunmayacaq. Çünki fərmanda idmançıların, məşqçilərin və idman komandalarının yarışlara buraxılması ilə bağlı xüsusi maddə var.
Qeyd edək ki, Haiti millisi ötən gün seçmə mərhələdə Nikaraquanı 2:0 hesabı ilə məğlub etməklə dünya çempionatının final mərhələsinə vəsiqəni rəsmiləşdirib.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var