Azərbaycan idmançıları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün dörd növdə mübarizə aparacaqlar.
“İki sahil” xəbər verir ki, atletlərdən Nazim Babayev uzunluğa tullanmada, Lamiyə Vəliyeva 200, qarışıq komanda isə 4x400 metr məsafəyə qaçışda çıxış edəcək.
Ciu-citsuda İlyas Babayev (85 kq), Nəcməddin Quluzadə (69 kq) və Firdovsi Zamanov (94 kq) uğur qazanmağa çalışacaqlar.
Qılıncoynatmada kişilərdən və qadınlardan ibarət komandalar həm şpaqa, həm də sablya növündə yarışacaqlar.
Sərbəst güləşçilərdən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), qadın güləşçilərdən Ruzanna Məmmədova (62 kq), Nigar Mirzəzadə (68 kq) və Zəhra Kərimzadə (76 kq) xalça üzərinə çıxacaqlar.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq. Azərbaycan 50 mükafatla (7 qızıl, 16 gümüş, 27 bürünc) 10-cu pillədə qərarlaşıb.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var