Azərbaycanın iki yunan-Roma güləşçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
“İki sahil” xəbər verir ki, qadın güləşçi Jalə Əliyeva (57 kiloqram) yarımfinalda qırğızıstanlı Sezim Jumanazarovaya "tuş"la, Murad Əhmədiyev (97 kiloqram) isə türkiyəli Beytullah Kayışdağa 5:1 hesabı ilə qalib gələrək həlledici mərhəkədə iştirak hüququ qazanıb.
Yarımfinalda özbəkistanlı Aktenge Keunimjayevaya uduzan Elnurə Məmmədova (50 kiloqram) isə bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, hələlik yunan-Roma güləşi üzrə Azərbaycan millisinin aktivində bir gümüş mükafat var. Yeganə medalı Həsrət Cəfərov (67 kiloqram) qazanıb.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var