Noyabrın 19-da Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə işgüzar səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.
“İki sahil” xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.
Kanalın məlumatına görə, tərəflər ikitərəfli məsələlərlə yanaşı, Rusiya-Ukrayna müharibəsinin hazırkı vəziyyətini və onun mümkün nizamlanması yollarını da müzakirə edəcəklər.
Xüsusilə, buraya atəşkəs və Rusiya ilə Ukrayna arasında danışıqların intensivləşdirilməsi, o cümlədən İstanbulda təmaslar, eləcə də nizamlama üzrə mümkün zirvə görüşü daxildir.