Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
“İki sahil” xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda misirli Məhəmməd Əbdülrəhimə 4:1 hesabı ilə qalib gəlib. Onun həlledici qarşılaşmadakı rəqibi iranlı Olimpiya çempionu Səid İsmaili olacaq.
Bu gün mübarizəyə qoşulan Azərbaycanın digər yunan-Roma güləşçisi ləri Nihat Məmmədli (60 kiloqram), Ülvü Qənizadə (77 kiloqram) və İslam Abbasov (87 kiloqram) əvvəlki raundlarda məğlub olublar. İdmançılarımızın uduzduqları rəqiblər finala vəsiqə qazansalar, təmsilçilərimiz bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaqlar.
Qeyd edək ki, İslamiadaya noyabrın 21-də yekun vurulacaq.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var