2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatında indiyədək 32 millinin iştirakı rəsmiləşib.
“İki sahil” xəbər verir ki, meydan sahibləri ilə yanaşı, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fil Dişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç və Portuqaliya da mundialda mübarizə aparacaqlar.
Qeyd edək ki, 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək dünya çempionatına ümumilikdə 48 komanda qatılacaq.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var