“Atletiko”nun argentinalı hücumçusu Culiano Simeone öz futbol bacarıqlarını necə inkişaf etdirdiyindən danışıb.
“İki sahil” xəbər verir ki, gənc futbolçu bütün oyunlarını izlədiyini bildirib:
“Mən həmişə bütün oyunlarımı izləyirəm. Özümü çox analiz edirəm. Bu mənə xoş təsir edir və düşünürəm ki, öyrənmək və irəliləmək üçün ən yaxşı yol budur. Əvvəllər evə çatan kimi oyunu açır və bütün gecə oyaq qalırdım. İndi matçları növbəti gün izləməyi üstün tuturam”.
Qeyd edək ki, cari mövsümdə futbolçu Madrid klubunun heyətində bütün turnirlər daxil olmaqla 16 matçda iştirak edib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Argentina millisində isə 7 oyun keçirib və 1 dəfə fərqlənib.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var