Masazırda qanunsuz tikinti sökülüb.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bu çərçivədə, Abşeron rayonu, Masazır kəndi ərazisində yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinın, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.
Onlayn qumar oyunlarının təşkilində təqsirləndirilən şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib
DİN və AQTA birgə əməliyyat keçirib: 2 tona yaxın yararsız ət məhsulu aşkar olunub/VİDEO