İtaliyalı mütəxəssis Roberto Mançini Qətərin “Əl-Sədd” komandasının yeni baş məşqçisi olub.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bildirib.
Məlumata əsasən, Mançini “Əl-Sədd”lə 2,5 mövsümlük müqavilə bağlayıb.
Hazırda “Əl-Sədd” 9 oyundan topladığı 14 xalla Qətər çempionatında altıncı pillədə qərarlaşıb. “Əl-Qarafa” isə 22 xalla turnir cədvəlinə başçılıq edir.
Çempionlar Liqası: “Napoli” - “Qarabağ” oyunu üçün biletlər bu gün satışa çıxarılır