12 noyabr 2025 21:34
124

Tokayev Trampdan Putinə mesaj çatdırıb?

ABŞ prezidenti Donald Tramp Qazaxıstan lideri Kasım-Jomart Tokayev vasitəsilə Rusiya prezidenti Vladimir Putinə heç bir mesaj və ya siqnal ötürməyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Uşakov "Rossiya 1" televiziya kanalında bildirib ki, "Biz onun vasitəsilə heç bir siqnal almamışıq".