Formula 1 komandasının rəhbəri Toto Volff səhmlərinin bir hissəsini 300 milyon dollara satır
"Mercedes" Formula 1 komandasının rəhbəri Toto Volff komandadakı 33%-lik payını satmağa yaxındır.
“İki sahil” "Sportico"ya istinadla xəbər verir ki, müqavilə bütün komanda üçün rekord həddə 6 milyard dollar dəyərində olacaq. Bu, Liberty Media-nın doqquz il əvvəl bütün Formula 1 komandası üçün ödədiyi məbləğdən 1,6 milyard dollar çoxdur.