Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Qazaxıstan prezidentləri Kasım-Jomart Tokayev ölkələrinin münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə keçirilməsi haqqında Bəyannamə imzalayıblar.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, mərasim liderlərin danışıqlarından dərhal sonra Kremldə baş tutub.
Kasım-Jomart Tokayev Bəyannamənin imzalanmasını Moskvaya səfərinin əsas məqsədlərindən biri adlandırıb.
Onun sözlərinə görə, bu sənəd "ikitərəfli münasibətlərdə yeni bir dövr açacaq, görünməmiş səviyyədə qarşılıqlı etimad və bütün sahələrdə daha sıx işləmək üçün birgə hazırlığı təsdiqləyəcək". Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Qazaxıstan Rusiyanın strateji və "xüsusi tərəfdaşıdır".