Azərbaycanın basketbol klubları FIBA Avropa Kubokunda növbəti oyunlarını bu gün keçirəcəklər.
“İki sahil” xəbər verir ki, I qrupunda mübarizə aparan "Neftçi" səfərdə Estoniyanın "Kalev" komandası ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da Tallindəki "Kalevi Spordihall"da start götürəcək.
Qrupun digər görüşündə "Abşeron Lions" Polşa təmsilçisi "Trefl"lə münasibətlərə aydınlıq gətirəcək. Bu görüş 22:15-də Sopotdakı "Sentennial Sport Hall"da baş tutacaq.
Qeyd edək ki, "Trefl" və "Neftçi" hərəyə 7 xalla müvafiq olaraq 1 və 2-ci yerlərdədirlər. Hərəyə 5 xalı olan "Abşeron Lions" və "Kalev" isə müvafiq olaraq 3 və 4-cü pillələrdədirlər.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var