Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Fərid Mansurov və MOK-un baş katibi Azər Əliyev Atletlər kəndində ölkəmizi təmsil edən idmançılarla görüşüblər.
Milli Olimpiya Komitəsindən “İki sahil”ə verilən məlumata görə, onlar atletlər kəndində idmançılara yaradılan şəraitlə tanış olublar.
Görüş zamanı MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarından danışaraq, həmin yarışlarda Azərbaycan idmançılarının qazandığı uğurları xatırladıb. O, həmçinin komandamızın digər İslam Oyunlarındakı çıxışlarına toxunaraq idmançılara ənənəni davam etdirməyi və ölkəmizi layiqincə təmsil etməyi arzulayıb.
İdmançılar yarışlara yüksək səviyyədə hazırlaşdıqlarını və Azərbaycan bayrağını layiqincə dalğalandırmaq üçün bütün güclərini səfərbər etdiklərini bildiriblər.
MOK-un rəhbərliyi həmçinin VI İslam Həmrəyliyi Oyunlarında medal qazanan idmançılarla da görüşüb və onları qələbə münasibətilə təbrik edib.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var