Vətən Müharibəsində qazanılan tarixi Qələbinin 5-ci ildönümünə həsr olunan hərbi parada Silahlı Qüvvələrin parad heyətlərinin təntənəli keçidi başlayıb.
“İki sahil” xəbər verir ki, hərbi parada müdafiə nazirinin birinci müavini, general-polkovnik Kərim Vəliyev komandanlıq edir.
Silahlı Qüvvələrin Parad Heyətləri 44 Günlük Vtən Müharibəsində Şuşa şəhərinə sancılan və qələbəmizin rəmzinə çevrilən Azərbaycan Dövlət Bayrağı altında tribunaya doğru irəliləyir.
Bayraqdarlar Qrupuna “Vətənə xidmətə görə” ordenli Vüqar Əlverdiyev başçılıq edir.
Xüsusi Təyinatlı Qüvvələrin Parad Heyətlərinə Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Ələkbər Cahangirov rəhbərlik edir.
Sözügedən görüntüləri təqdim edirik:
Pakistanın Baş naziri: Azad edilmiş ərazilərdə yenidənqurmanın inanılmaz sürəti tam fenomenal xarakter daşıyır
Azərbaycanın Qarabağdakı Qələbəsi suverenlik və öz müqəddəratı uğrunda vuruşan bütün xalqlar üçün ədalətin təntənəsi oldu