ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino İngiltərə Premyer Liqasında işlədiyi dövrləri xatırlayıb.
"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, "Tottenhem" və "Çelsi"nin sabiq çalışdırıcısı Pemyer Liqa üçün darıxdığını etiraf edib:
"Premyer Liqa dünyanın ən yaxşı çempionatıdır. Təbii ki, darıxıram. ABŞ-da çox xoşbəxtəm, amma düşünürəm ki, bir gün Premyer Liqaya qayıdacağam. Bu, ən rəqabətli liqadır".
"Tottenhem" və mən böyük uğurlar qazanmağa çox yaxın idikem. Demək olar ki, Premyer Liqa və Çempionlar Liqası kubokuna toxunduq. Mən buna nail olmaq istərdim".
Qeyd edək ki, Poçettino 2014-2019-cu illərdə "Tottenhem"in, 2023-2024-cü illərdə isə "Çelsi"nin baş məşqçisi olub.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var