Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və ABŞ - "C5+1" formatı ölkələri - Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) potensialının tam açılması və onun "Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu" (TRIPP) ilə inteqrasiyası hesabına qarşılıqlı əlaqələri və təchizat zəncirlərinin dayanıqlığını gücləndirmək barədə razılığa gəliblər.
“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi tərəfindən yayılan "C5+1" ölkələrinin yekun bəyanatında qeyd olunub.
Qeyd edilib ki, TBNM və TRIPP vasitəsilə qarşılıqlı əlaqələrin gücləndirilməsinin məqsədi "C5+1" ölkələrinin və dünya ictimaiyyətinin maraqlarına uyğun olaraq yüklərin, informasiyanın və enerjinin təhlükəsiz şəkildə daşınmasını təmin etməkdir.
Ümumilikdə yekun bəyanat 24 bənddən ibarətdir və işgüzar mühit, ticarət, investisiyalar və kritik əhəmiyyətli minerallar, həmçinin TBNM-in inkişafı kimi istiqamətləri əhatə edir.
Azərbaycan və Ermənistan arasında sülh sazişi yeni imkanlar açır - Antoniu Koşta
Rusiya və Hindistan BMT Təhlükəsizlik Şurasında hərtərəfli islahatların aparılmasına çağırış ediblər
ABŞ-ın yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında Avropa ilə bağlı MARAQLI DETAL