07 noyabr 2025 18:34
126

Aİ-yə üzvlük prosesinin dayandırılmasında Gürcüstan günahkar deyil

Gürcüstanın xarici işlər naziri Avropa İttifaqına üzvlük prosesinin dayandırılmasında rəsmi Tbilisinin günahkar olmadığını deyib.

“İki sahil” xəbər verir ki, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Avropa İttifaqının (Aİ) Gürcüstanın üzvlük prosesini dayandırmaqla bağlı qərarlarına münasibət bildirib.

Nazir vurğulayıb ki, Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamaq və prosesin tempini müəyyənləşdirmək Aİ-nin səlahiyyətindədir.

"Gürcüstanı Aİ-yə üzvlük prosesini dayandırmaqda günahlandırmaq absurddur. Avropa İttifaqının genişlənməsi və Gürcüstanın üzvlüyü ilə bağlı bütün alətlər mövcuddur," - nazir bildirib.

Qeyd edək ki, "Rustavi 2" telekanalı Aİ-nin Gürcüstanın ittifaqa üzvlük prosesini dayandırmaq barədə qərarının 2024-cü il iyunun 27-də qəbul edildiyini və bu qərarın baş nazir İrakli Kobaxidzenin bəyanatından 5 ay əvvəl olduğuna dair məlumat yayıb.

Boçorişvili Gürcüstanın Avropa ilə əməkdaşlığını davam etdirdiyini və Aİ ilə münasibətlərdə öz öhdəliklərini vicdanla yerinə yetirdiyini vurğulayıb.