06 noyabr 2025 16:56
86

Aİ Azərbaycan və Ermənistanla əməkdaşlığa sadiqdir

Avropa İttifaqı (Aİ) regionda sülhü qorumaq məqsədilə həm Azərbaycan, həm də Ermənistanla əməkdaşlığa sadiqdir.

“İki sahil” xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono"X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Bakıda noyabrın 4-5-də yüksək səviyyəli məsləhətləşmələr keçirdim. Eyni zamanda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, həmçinin digər rəsmi şəxslər və yerli ekspertlərlə sülh gündəliyini, o cümlədən əməkdaşlıq məsələlərini, Naxçıvana xüsusi diqqət yetirməklə regional əməkdaşlığı və humanitar məsələləri müzakirə etdim", - o qeyd edib.