"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda doğma meydanda "Çelsi" (İngiltərə) ilə qarşılaşıb.
“İki sahil” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı londonlular açıblar. 17-ci dəqiqədə Estevan Villian fərqlənib. Ardınca "köhlən atlar" iki qol vurublar. 29-cu dəqiqədə Leandro Andrade tablodakı rəqəmləri eyniləşdirib. 10 dəqiqə sonra isə Marko Yankoviç əllə oyuna görə təyin olunan penalti zərbəsini qola çevirib. İkinci hissədə isə "zadəganlar" məğlubiyyətdən xilas olublar. Alexandro Qarnaço 53-cü dəqiqədə hədəfdən yayınmayıb.
Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 7-ə çatdırıblar.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv V turda, noyabrın 25-də səfərdə İtaliyanın "Napoli" kollektivinin qonağı olacaq.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var