Böyük Britaniyanın Bakıdakı səfiri Ferqus Auld UEFA Çempionlar Liqasının 4-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” (İngiltərə) matçında “Köhlən atlar”a azarkeşlik edəcəyini bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə o, “X”də paylaşım edib.
“Bu axşam “Qarabağ” “Çelsi” ilə qarşılaşacaq! Gərgin və həyəcanlı oyun gözləyirəm, amma Böyük Britaniyanın Azərbaycandakı səfiri və “Qırmızı Şeytan” (“Mançester Yunayted” azarkeşi) kimi bu axşam ev sahibi komandanı dəstəkləyəcəyəm”, – deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, oyun bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də start götürəcək.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var