05 noyabr 2025 14:43
86

Balakəndə kafedə xuliqanlıq - bakalla tanışına xəsarət yetirən şəxs saxlanılıb

Balakən rayonunda yerləşən kafelərin birində xuliqanlıq hadisəsi qeydə alınıb. Polisə müraciət edən zərərçəkmiş aralarında yaranmış mübahisə zamanı tanışı Vasif adlı şəxsin bakalı onun başına vuraraq xəsarət yetirdiyini bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "İki sahil"ə bildirilib ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 40 yaşlı Vasif Məmmədov saxlanılıb. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.