05 noyabr 2025 08:28
110

Çin astronavtlarının Yerə qayıdışı təxirə salınıb

Çinin “Şencou-20” missiyasının astronavtlarının noyabrın 5-nə nəzərdə tutulan Yerə qayıdışı orbitdə kiçik kosmik tullantı ilə toqquşma səbəbindən təxirə salınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Çin Kosmos Agentliyi açıqlama yayıb.

Agentlik qayıdışın təxirə salınma qərarını astronavtların təhlükəsizliyini və missiyanın uğurunu təmin etmək məqsədi daşıdığını açıqlayıb. Astronavtların Yerə qayıdışının yeni vaxtı hələ müəyyənləşməyib.

Qeyd edək ki, “Şencou-20” (“Shenzhou-20”) kosmik missiyasına ötən il aprelin 24-də start verilib. Astronavtlar Çen Don, Çen Conruy və Van Cie 6 ay müddətinə Çinin “Tienqon” kosmik stansiyasına ezam olunublar. Onları əvəzləmək üçün oktyabrın 31-də kosmosa “Şencou-21” missiyasının 3 astronavtı göndərilib.