04 noyabr 2025 15:43
144

Zəfər Paradı ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemində dəyişiklik edilir

Bakıda keçiriləcək Zəfər Paradı ilə əlaqədar 5, 6 və 8 noyabr tarixlərində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyət səbəbindən 2 müntəzəm marşrutun fəaliyyəti müvəqqəti olaraq dayandırılır, 23 marşrutun hərəkət sxemi dəyişdirilir.

“İki sahil” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadla xəbər verir.

Dəyişikliyə əsasən: 1, 2, 46 və H1 nömrəli marşrutlar "28 May" NMM - Puşkin küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

4 nömrəli marşrut "28 May" NMM – Puşkin küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi – Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə Mərkəzi Bulvar küçəsi – 1-ci Yaşıl Ada küçəsi (Ağ şəhər) – Xaqani Rüstəmov küçəsi – Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

5 nömrəli marşrut "Nəriman Nərimanov" metrostansiyası – Süleyman Rəhimov küçəsi ("28 May" metrostansiyası) istiqamətində hərəkət edəcək.

6 nömrəli marşrut iki istiqamətdə fəaliyyət göstərəcək. Birinci istiqamət "Azadlıq prospekti" metrostansiyası – Axundov bağını, ikinci istiqamət 20-ci Sahə (Ö.Nemanzadə küçəsi) – Su İdmanı Sarayı – "Binə" ticarət mərkəzini əhatə edir.

10 nömrəli marşrut Mikayıl Müşfiq küçəsi – Abdulla Şaiq küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – "28 May" NMM – Puşkin küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi – Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Süleyman Vəzirov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

18 nömrəli marşrutun son dayanacaq məntəqəsi Əhməd Cavad küçəsi (Nizami bağı) olacaq.

20 nömrəli marşrut "28 May" NMM – Puşkin küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi – Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Süleyman Vəzirov küçəsi – Ağ Şəhər – 8 Noyabr prospekti, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə 8 Noyabr prospekti – Xaqani Rüstəmov küçəsi – Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti – Yusif Səfərov küçəsi – Mehdi Mehdizadə küçəsi – 28 May küçəsi – Rəşid Behbudov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

21, 120 və 120E nömrəli marşrutlar "28 May" NMM – Kövkəb Səfərəliyeva küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi – Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Süleyman Vəzirov küçəsi – Ağ Şəhər – 8 Noyabr prospekti, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə 8 Noyabr prospekti – Xaqani Rüstəmov küçəsi – Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə;

30 və 49 nömrəli marşrutlar "28 May" NMM – Kövkəb Səfərəliyeva küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

32 nömrəli marşrut "28 May" NMM – Kövkəb Səfərəliyeva küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi – Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Süleyman Vəzirov küçəsi – Ağ Şəhər – 8 Noyabr prospekti, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə 8 Noyabr prospekti – Xaqani Rüstəmov küçəsi – Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

61 nömrəli marşrutun son dayanacaq məntəqəsi Rəşid Behbudov küçəsi olmaqla fəaliyyəti Səməd Vurğun küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Rəşid Behbudov küçəsi ilə;

65 nömrəli marşrutun son dayanacaq məntəqəsi Axundov bağı olmaqla fəaliyyəti Şeyx Şamil küçəsi – İstiqlaliyyət küçəsi – Azərbaycan prospekti, daha sonra öz hərəkət sxemi üzrə;

88 nömrəli marşrutun son dayanacaq məntəqəsi Füzuli küçəsi olmaqla fəaliyyəti Azadlıq prospekti – Füzuli küçəsi – Rəşid Behbudov küçəsi ilə təşkil ediləcək.

88A nömrəli marşrut "28 May" NMM – Puşkin küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi – Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Süleyman Vəzirov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti – Yusif Səfərov küçəsi – Mehdi Mehdizadə küçəsi – 28 May küçəsi – Puşkin küçəsi, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

125 nömrəli marşrutun son dayanacaq məntəqəsi "28 May" NMM olmaqla fəaliyyəti İpək yolu (Dairəvi yol) – Mikayıl Müşfiq küçəsi – Şəmsi Bədəlbəyli küçəsi ilə təşkil ediləcək.

149 nömrəli marşrut Sahil qəsəbəsi – "20-ci Sahə" dairəsi istiqamətində fəaliyyət göstərəcək.

205 nömrəli marşrutun fəaliyyəti İpək yolu (Dairəvi yol) – Mikayıl Müşfiq küçəsi ilə təşkil ediləcək.