1 noyabr 2025-ci il tarixində Naxçıvanda Ləzzət Group-un 30 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbir çərçivəsində şirkətin həmtəsisçisi və İdarə Heyətinin sədri, rəhbərlik və əməkdaşlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Onlar abidə önünə qızıl güllər düzərək, dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.
Bu an, şirkətin 30 illik fəaliyyət tarixində Ləzzət Group-un Azərbaycan dəyərlərinə, milli irsə və dövlətçilik ideyalarına sadiqliyinin simvolu kimi dəyərləndirilib.