VI İslam Həmrəyliyi Oyunlarının voleybol yarışlarının proqramında dəyişiklik edilib.
“İki sahil” xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil edilən VI İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan qadın voleybolçulardan ibarət Azərbaycan millisi sabah ilk oyununa çıxacaq.
Komandamız əvvəlcədən nəzərdə tutulduğu kimi Tacikistanla deyil, İranla qarşılaşacaq. Buna səbəb Tacikistan komandasının müəyyən səbəblərdən Ər-Riyada vaxtında yollana bilməməsidir. Təşkilat komitəsinin qərarına əsasən, yığmanın sabahkı rəqibi İran olub.
Qeyd edək ki, komanda növbəti oyunlarda Tacikistan, Türkiyə və Əfqanıstan kollektivləri ilə üz-üzə gələcək.
Reqlamentə görə, ilk iki pilləni tutan komandalar qızıl medal, üçüncü və dördüncü yerləri tutan komandalar isə bürünc medal uğrunda qarşılaşacaqlar. Final və üçüncülük oyunları noyabrın 13-də baş tutacaq.
Milli komandamızın oyun cədvəli:
4 noyabr
14:00. Azərbaycan - İran
6 noyabr
14:00. Azərbaycan - Tacikistan
9 noyabr
17:00. Azərbaycan - Türkiyə
12 noyabr
15:00. Azərbaycan - Əfqanıstan
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var