İtaliyalı tennisçi Yannik Sinner “Paris Masters” turnirinin qalibi olub.
“İki sahil” xəbər verir ki, kişi tennisçilər arasında keçirilən final oyununda Yannik Sinner kanadalı Feliks Auyer-Aliassimeni ardıcıl setlərdə 6:4, 7:6 hesabı ilə məğlub edib. Bu, Sinnerin mövsümdə beşinci və karyerasında isə 23-cü tituludur.
Yannik Sinner bu qələbə ilə dünya sıralamasında ilk pilləyə yüksəlib. Ondan əvvəl bu pillədə ispaniyalı Karlos Alkaras olub.
Xatırladaq ki, Yannik Sinner cari ilin iyulunda Karlos Alkarası məğlub edərək “Uimbldon” turnirinin qalibi olub. O, həmin titula yiyələnən ilk italiyalı tennisçidir.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var