02 noyabr 2025 12:15
140

Yamaykada "Melissa" qasırğası nəticəsində ölənlərin sayı 28-ə yüksəlib

"Melissa" qasırğası nəticəsində Yamaykada həlak olanların sayı 28 nəfərə çatıb.

“İki sahil” xəbər verir ki,  bu barədə baş nazir Endryu Holness bildirib.

O, axtarış-xilasetmə işlərinin davam etdiyini və ölənlərin sayının arta biləcəyini qeyd edib.

Əvvəllər 19 nəfərin həlak olduğu barədə məlumat verilmişdi.

Xatırladaq ki, güclü qasırğa 5-ci kateqoriyaya çatıb və oktyabrın 28-də adaya zərbə endirib.